Mənə aydındır ki, Ermənistan Respublikasının himni gec-tez dəyişməlidir, onun bizim dövlətimiz və erməni musiqisi ilə əlaqəsi olmalıdır, himn ifa qaydalarına uyğun olmalıdır.
APA xəbər verir ki, bu fikri Ermənistan parlamentinin spikeri Alen Simonyan Telegram kanalında yazıb.
O, himnlə yanaşı, gerbin dəyişdirilməli olduğunu deyib.
“Mən demirəm ki, onu dahi Aram Xaçaturyanın musiqisi əvəz etsin, amma görünən odur ki, bizə yad mövcud himnin dəyişdirilməsi zərurətdir. Məncə, gerbin dəyişdirilməsi məsələsini də müzakirə etməliyik. Ən azından gerbdə Ermənistan su altında qala bilməz, bu, bəşəriyyətin cəzası idi, o, Facebook-dakı gülüş işarəsinə bənzər şir ola bilməz, Ermənistanı qoruyan qılınc zəncirlənmiş ola bilməz”, - Simonyan yazıb.