Bank Of Baku

Simonyan: “Zvartnots” aeroportundan Rusiya sərhədçilərinin çıxarılması məsələsi həll edilib

Simonyan: “Zvartnots” aeroportundan Rusiya sərhədçilərinin çıxarılması məsələsi həll edilib
# 27 mart 2024 15:05 (UTC +04:00)

Rusiya sərhədçilərinin Ermənistan paytaxtındakı “Zvartnots” aeroportundan çıxarılması məsələsi artıq həll olunub.

APA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Spiker qeyd edib ki, İrəvan və Kreml bu məsələni müzakirə etmir, hərbçilər avqustun 1-nə kimi aeroportu tərk edəcəklər.

Simonyan həmçinin bildirib ki, İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması mövzusunu da müzakirə etmirlər və əlavə edib ki, ölkəsi hazırda Avropa İttifaqına daxil olmaq üçün müraciət məsələsini nəzərdən keçirmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR