Bank Of Baku

Sobyanin: Moskvaya cənubdan dron hücumu olub

Sobyanin: Moskvaya cənubdan dron hücumu olub
# 20 avqust 2023 06:05 (UTC +04:00)

Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya pilotsuz uçuş aparatı ilə hücumun qarşısını alıb.

APA xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin "Telegram" kanalında məlumat verib.

"Gecə cənub istiqamətində Moskvaya pilotsuz uçan aparatla uçmağa cəhd edilib. O, hava hücumundan müdafiə qüvvələri tərəfindən dayandırılıb. Əməyinə görə hərbçilərə təşəkkürlər", - deyə mer yazıb.

Qeyd edək ki, avqustun 18-nə keçən gecə Moskva səmasında Ukraynaya məxsus pilotsuz uçan aparat məhv edilib.

Onun qalıqları Ekspotsentr ərazisinə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR