Bank Of Baku

Soçidə Putin-Paşinyan görüşü başa çatıb - YENİLƏNİB

Soçidə Putin-Paşinyan görüşü başa çatıb - YENİLƏNİB
# 31 oktyabr 2022 16:55 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başa çatıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Putin-Paşinyan görüşü bir saata yaxın davam edib, dövlət başçıları təkbətək qalıblar.

***

15:43

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Putin Paşinyanla görüş zamanı bu gün nizamlanma istiqamətində irəli addım atılacağına ümidini ifadə edib.

“Münaqişə on illiklərdir davam edir. Nə vaxtsa, bu münaqişəni bitirmək lazımdır.

Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Biz bunu hər cür dəstəkləyirik. İndi sizinlə, daha sonra isə üçtərəfli formatda irəli getmək üçün əsas məqamları tapmağa çalışacağıq”, - Rusiya Prezidenti vurğulayıb.

Putin qeyd edib ki, Ermənistan Rusiyanın strateji tərəfdaşı, müttəfiqidir.

“Çox ümid edirəm ki, bu gün nizamlanma istiqamətində irəli addım atacağıq”, - Rusiya dövlət başçısı əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR