Bank Of Baku

Şoyqu: “Avropada vəziyyət getdikcə gərginləşir”

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 11 fevral 2022 17:41 (UTC +04:00)

Avropa qitəsində vəziyyət getdikcə gərginləşir və bunda Rusiyanın heç bir günahı yoxdur.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu britaniyalı həmkarı Ben Uolleslə görüşdə bildirib.

“Sizi Moskvada, Rusiya Müdafiə Nazirliyində salamlamağa şadam. Avropada hərbi-siyasi vəziyyət getdikcə gərginləşir və bu, bizim günahımız ucbatından deyil. Biz səbəbləri tam və hər zaman başa düşmürük. Lakin buna baxmayaraq, biz bunun getdikcə artdığını görürük”, - Şoyqu vurğulayıb.

O, bugünkü görüş zamanı gərginliyin azaldılmasına dair aktual məsələlərin müzakirəsinin mümkünlüyünə də toxunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR