Bank Of Baku

Şoyqu: Belqoroda hücuma görə Kiyevə sərt cavab verilməsi davam edəcək

Şoyqu: Belqoroda hücuma görə Kiyevə sərt cavab verilməsi davam edəcək
# 24 may 2023 14:42 (UTC +04:00)

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Kiyevin Belqorod vilayətində törədilən terror aktına bənzər hərəkətlərinə operativ və son dərəcə sərt cavab verməyə davam edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Rusiya MN başçısı Ukrayna müharibəsində iştirak edən hərbi qulluqçuların hüquqlarının təmin olunması haqqında da danışıb. Bildirib ki, Rusiyada xüsusi əməliyyatda iştirak edən hərbi qulluqçuların hüquqlarını əhəmiyyətli dərəcədə genişləndirən 63 normativ hüquqi akt qəbul edilib.

Onun sözlərinə görə, Rusiya xüsusi əməliyyatda iştirak edən hərbi qulluqçular və onların ailə üzvləri üçün sosial təminatların həyata keçirilməsi üzrə sistemli işi davam etdirəcək.

Şoyqu onu da qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin təlim mərkəzləri yeni regionlarda formalaşan birləşmələr və hərbi hissələr üçün hərbçilər hazırlayır: "Xüsusi əməliyyat başlayandan indiyədək 120 mindən çox hərbi qulluqçu, qoşunların qruplaşdırılması və yeni birləşmələr üçün 21 mindən çox mütəxəssis hazırlanıb. Xüsusi əməliyyat başlayandan 5000-ə yaxın hərbi mütəxəssis yüksək texnologiyalı silahlardan istifadə etmək üçün təlim keçib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR