Rusiya müdafiə naziri Sergey Şoyqu Çinə işgüzar səfər edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, səfər zamanı Şoyqu Syanşan Təhlükəsizlik Forumunda iştirak edib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Şoyqu Forumda çıxışı zamanı Ukraynadakı müharibə barədə danışıb.
Bildirib ki, bu yay başlayan əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında mühüm uğurlar əldə etmədən 90 mindən çox hərbçisi ölüb və yaralanıb.
Onun sözlərinə görə, Rusiya Ukraynadakı böhranın münaqişədən sonrakı həllini müzakirə etməyə hazırdır.