Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərb Hərbi Dairəsinin poliqonlarında müqavilə əsasında orduya qatılan hərbçilərin döyüş hazırlığının təşkilini yoxlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Komandanı Oleq Salyukov Şoyquya məruzə edib ki, poliqonlarda bütün təlimlər döyüş qabiliyyətinə malik olan xüsusi hərbi əməliyyat zamanı təcrübə qazanmış
zabitlərin rəhbərliyi altında keçirilir və düşmənin Qərb silahlarından istifadəsinin xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilir.