Bank Of Baku

Şoyqu hərbi xidmətə çağırış yaşının qaldırılmasını təklif edib

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 21 dekabr 2022 16:54 (UTC +04:00)

Rusiyada hərbi xidmətə çağırışın 18 yaşdan 21 yaşa qaldırılması təklif edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən MN-in kollegiya iclasında çıxışında bildirib.

O, Rusiya Müdafiə Nazirliyinin vətəndaşların hərbi xidmətə çağırış yaşının mərhələli şəkildə 18-dən 21-ə, yaş həddinin isə 30-a qaldırılmasını təklif etdiyini qeyd edib.

“Rusiya silahlı qüvvələrinin sayını 1,5 milyon hərbçiyə, o cümlədən 695 min müqaviləli hərbçiyə çatdırmaq lazımdır”, - Şoyqu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR