Paşha Bank
Bank Of Baku

Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 09 noyabr 2026 11:33 (UTC +04:00)

Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında bildirib.

Onun sözlərinə görə, Ukrayna və onun Avropada olan sponsorları sülhə deyil, müharibənin davam etməsinə hazırlaşırlar.

Şoyqu vurğulayıb ki, Avropanın militarizasiyası davam edir, Rusiya ilə həmsərhəd ərazilərdə müntəzəm olaraq təxribatlar baş verir.

RF Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, NATO-nun hərbi infrastrukturu Polşa və Baltikyanı ölkələrdə sistematik şəkildə modernləşdirilir və genişləndirilir: "Qərb bütün dünyada qeyri-sabitlik yaradır, lakin hər yerdə uğur qazanmır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR