Rusiya müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetovla görüşüb.
APA xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər KTMT-nin hərbi imkanlarının inkişaf etdirilməsi, güc potensialının təkmilləşdirilməsi məsələlərini müzakirə edib.