Bank Of Baku

Şoyqu: KTMT ölkələri üçün birbaşa təhlükə NATO-nun genişlənməsidir

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu

© APA | Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu

# 06 iyun 2024 11:44 (UTC +04:00)

NATO KTMT ölkələrinə müdaxilə planını təcrübə edir, havada təxribatların sayı artır.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin Almatıda keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, KTMT ölkələri üçün birbaşa təhlükə NATO-nun davam edən genişlənməsidir.

“Kollektiv təhlükəsizlik zonasının şimal və qərb sərhədlərində alyansın hərbi mövcudluğu artır, yeni silah sistemləri yerləşdirilir, hava məkanında təxribatların sayı artır, çoxsaylı hərbi təlimlər keçirilir. KTMT ölkələrinin ərazisinə müdaxilə təcrübəsi həyata keçirilir”, - deyə Şoyqu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR