Bank Of Baku

Şoyqu: NATO Ukraynaya silah tədarükünə 97 milyard dollar xərcləyib

Şoyqu: NATO Ukraynaya silah tədarükünə 97 milyard dollar xərcləyib
# 21 dekabr 2022 16:36 (UTC +04:00)

Qərb Rusiyanı zəiflətmək üçün Ukraynada hərbi əməliyyatları mümkün qədər uzatmağa çalışır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən MN-nin kollegiya iclasında çıxışında bildirib.

O, 27 ölkənin Ukraynaya silah tədarükünə artıq 97 milyard dollar xərclədiyini söyləyib: "NATO qərargah zabitləri, artilleriyaçılar və digər mütəxəssislər Ukraynada cəbhədədir, Kiyev üçün NATO-nun 500-dən çox peyki işləyir", deyə Şoyqu qeyd edib.

Rusiya MN başçısı bildirib ki, ABŞ-ın 800-dən çox kosmik aparatı Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR