Rusiyanın Müdafiə naziri Sergey Şoyqu “Azovstal”dakı əməliyyatın başa çatması və Mariupolun Ukrayna qoşunlarından təmizlənməsi barədə Prezident Vladimir Putinə məruzə edib.
APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
***
22.52
“Azovstal” poladəritmə zavodunun ərazisi tam təmizlənib.
APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, zavod ərazisində müqavimət göstərən 2400-dən çox ukraynalı hərbçi silahı ataraq təslim olub.