Bank Of Baku

Şoyqu Putinə Belarusla birgə keçirilən təlimlər barədə məruzə edib

Putin, Şoyqu

© APA | Putin, Şoyqu

# 14 fevral 2022 17:40 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri, ordu generalı Sergey Şoyqunu qəbul edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Kremldə keçirilən görüşdə Rusiya və Belarusda keçirilən hərbi təlimlərin gediaştı müzakirə olunub.

Şoyqu Putinə dünya okeanının müxtəlif akvatoriyalarında, Uzaq Şərqdə, Cənub, Şimal və Mərkəz Hərbi Dairələrində və Belarusla birgə keçirilən hərbi təlimlər barədə məruzə edib.

Rusiyalı nazir Sakit Okean donanmasında Urup adasının yaxınlığındakı təlimlər zamanı xarici ölkəyə sualtı qayıq aşkar edildiyini bildirib.

Şoyqunun sözlərinə görə, həmin sualtı qayığın Amerikaya aid olduğu ehtimal edilir .

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR