Bank Of Baku

Şoyqu: Qərbin məqsədi Rusiyanı məğlub edib Çin üçün təhlükə yaratmaqdır

Şoyqu: Qərbin məqsədi Rusiyanı məğlub edib Çin üçün təhlükə yaratmaqdır
# 28 aprel 2023 10:04 (UTC +04:00)

Ukraynadakı münaqişədə Qərbin əsl məqsədi Rusiya Federasiyasına strateji məğlubiyyətə uğradıb, Çin üçün təhlükə yaratmaqdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin müdafiə nazirlərinin iclasında deyib.

Onun sözlərinə görə, Qərbin əsas məqsədi dünyada monopoliya mövqeyini qoruyub saxlamaqdır.

"Vaşinqton və onların əlaltıları digər ölkələri Rusiya Federasiyası və Çinlə hərbi qarşıdurmaya təhrik etmək üçün strateji plan həyata keçirir", - deyə Şoyqu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR