Şoyqu Rusiya üçün əsas təhlükəni açıqlayıb

Şoyqu Rusiya üçün əsas təhlükəni açıqlayıb
# 22 sentyabr 2019 13:16 (UTC +04:00)

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ölkəsi üçün ən böyük təhlükəni açıqlayıb.

APA-nın "Moskovskiy Komsomolets" nəşrinə istinadən verdiyi məlumata görə, Şoqyunun hesab edir ki, Rusiya üçün ən başlıca təhlükə ABŞ-ın öz güc üstünlüyünə inanması və Vaşinqtonun düşünülməmiş addımlar ata biləcəyidir.

Ordu generalı bu gün Rusiya üçün geniş miqyaslı müharibə təhlükəsinin olmadığına ümid etdiyini söyləyib: "Fikirləşəndə ki, qüvvələr balansı sənin xeyrinə dəyişib, o zaman ağıla ən düşünülməmişi daxil olmaqla, müxtəlif ideyalar gələ bilər və ABŞ-da bu cür hesab etməyə davam edirlər. Məhz bu vəziyyəti hazırda ən böyük təhlükə görürəm, həm də təkcə Rusiya üçün deyil. Müasir dünyada silahlanmanın idarə edilməsi sistemində səhvlərin olması ehtimalı da yüksəlib. Ona görə də ölkələr informasiya təhlükəsizliyinə diqqər ayırırlar".

S. Şoqyu Rusiyanın geniş miqyaslı müharibədə iştirakı məsələsinin gündəmdə olmadığına ümid etdiyini, lakin bununla belə, ölkələrə qarşı təhlükənin azalmadığını bildirib. Rusiyalı nazir ABŞ-ın “Silahlanma üzərində nəzarət haqqında” müqavilədən çıxmasının və “Strateji hücum silahlarının azaldılması haqqında” müqavilənin qeyri-müəyyənliyinin dünyanı daha çox gözlənilməz və daha az təhlükəsiz etdiyi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR