Rusiya və Çin arasındakı münasibətlər etimad və hörmətə əsaslanan strateji qarşılıqlı fəaliyyətin nümunəsidir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yusiya ilə Moskvada keçirdiyi danışıqlarda bildirib.
“Biz bəzi aqressiv Qərb ölkələrindən fərqli olaraq hərbi blok yaratmırıq”, - deyə Rusiya MN başçısı vurğulayıb.
Danışıqlar zamanı Şoyqu müdafiə sektorunda Rusiya ilə Çin arasında ikitərəfli əməkdaşlığın artırılması üçün gələcək addımları müzakirə etməyi, habelə beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparmağı təklif edib.