Bank Of Baku

Şoyqu Sakit Okean Donanmasının qəfil yoxlanışı barədə Putinə məruzə edib

Şoyqu Sakit Okean Donanmasının qəfil yoxlanışı barədə Putinə məruzə edib
# 17 aprel 2023 11:30 (UTC +04:00)

Rusiyanın Sakit Okean Donanmasının yoxlanılmasında 25 mindən çox hərbçi iştirak edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu ölkə başçısı Vladimir Putinə məruzəsində bildirib.

Onun sözlərinə görə, aprelin 14-dən Sakit Okean Donanmasının qəfil yoxlanılmasına başlanılıb: "Buraya 25 mindən çox hərbi qulluqçu, 167 döyüş gəmisi və yardımçı gəmilər, o cümlədən 12 sualtı qayıq, 89 təyyarə və helikopter cəlb olunub”.

Rusiya prezidenti Vladimir Putin Sakit Okean Donanmasının qəfil yoxlamasının birinci mərhələsinin çox yüksək səviyyədə keçirildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR