Şoyqu: Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib

Şoyqu: Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib
# 23 aprel 2024 14:12 (UTC +04:00)

Ukrayna ordusu müharibə başlayandan yarım milyon hərbçisini itirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

"Xüsusi əməliyyat başlayandan Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri təxminən yarım milyon hərbçi təşkil edib", - deyə Şoyqu vurğulayıb.

Onun sözlərinə görə, bütün təmas xətti boyunca təşəbbüs Rusiya qoşunlarındadır və Ukrayna ordusu mövqelərindən sıxışdırılıb çıxarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR