Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynada cəbhə xəttinə səfər edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin teleqram kanalında Şoyqunun “xüsusi hərbi əməliyyat” zonasına səfərini əks etdirən video yayımlanıb.
Qeyd olunub ki, Şoyqu Rusiya qoşunlarının “Vostok” qrupunun Cənubi Donetsk istiqamətindəki komanda məntəqəsini yoxlayıb və yüksək rütbəli hərbçilərin raportlarını dinləyib.
Rusiya MN başçısı son 3-4 həftə ərzində çoxlu Ukrayna hərbçisinin əsir düşdüyünü və könüllü təslim olduğunu söyləyib. Bildirib ki, Rusiya hərbçiləri beş gündə 24 Ukrayna təyyarəsini vuran komplekslər əldə edib.
"Vəziyyət onu deməyə əsas verir ki, Ukrayna Silahlı Qüvvələrinin imkanları getdikcə azalır", - deyə Şoyqu vurğulayıb.