Rusiya Silahlı Qüvvələri “Luqansk və Donetsk Xalq Respublikaları”nın azad edilməsi planını ardıcıl şəkildə yerinə yetirir. Hərbi qulluqçular döyüş tapşırıqlarını yerinə yetirərkən şücaət və qəhrəmanlıq göstərirlər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu kollegiya iclasında bildirib.
“Rusiya Ordusu xüsusi hərbi əməliyyat zamanı Ali Baş Komandanın qarşıya qoyduğu tapşırıqları yerinə yetirir”, - rusiyalı nazir vurğulayıb.
Şoyqu Rusiya Silahlı Qüvvələrinin müasir hərbi qarşıdurma şəraitinə daha yaxşı uyğunlaşmaq üçün yeni döyüş üsullarını tətbiq edəcəyini də qeyd edib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin fəaliyyət planının ardıcıl icrası ordu və donanmanın daha da inkişaf etdirilməsi, onların müasir hərbi texnika ilə təmin edilməsinə yönəlib: “Bundan başqa, yeni döyüş üsullarının tətbiqi qoşunları müasir silahlı qarşıdurma şəraitinə daha yaxşı uyğunlaşdırmağa imkan verəcək”.