Bank Of Baku

Şoyqu Ukraynanın əks-hücum əməliyyatında verdiyi itkiləri açıqlayıb

Şoyqu Ukraynanın əks-hücum əməliyyatında verdiyi itkiləri açıqlayıb
# 05 sentyabr 2023 14:15 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatı başlayandan 66 mindən çox insan və 7,6 min silah-sursat itirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

O, Kiyevi mülki hədəflərə hücum etməklə əks-hücumunun uğursuzluğunu gizlətməyə çalışmaqda da ittiham edib.

“Əkshücum adlandırılan əməliyyatın əvvəlindən düşmən itkiləri 66 min nəfəri və 7,6 min silah-sursatı ötüb”, - deyə Şoyqu vurğulayıb.

O, bu müddət ərzində Rusiya qoşunlarının Ukrayna tərəfinin 159 HIMARS raketini, mindən çox pilotsuz uçuş aparatını, 13 qanadlı raketi vurduğunu da söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR