Bank Of Baku

Şoyqu Ukraynanın "taxıl sazişi" adı altında silah ehtiyatı yaratdığını bildirib

Şoyqu Ukraynanın "taxıl sazişi" adı altında silah ehtiyatı yaratdığını bildirib
# 15 avqust 2023 12:08 (UTC +04:00)

Ukrayna “taxıl sazişi” adı altında silah ehtiyatı yaradıb.

APA xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Beynəlxalq Təhlükəsizlik üzrə 11-ci Moskva Konfransında çıxışı zamanı deyib.

Şoyqu bildirib ki, Ukrayna “taxıl sazişi”ndən Rusiyanın raket hücumlarına qarşı örtük kimi istifadə edərək, Odessa və digər limanlarda böyük silah-sursat ehtiyatları yaradıb və bu silahlar sistemli şəkildə cəbhəyə ötürülür.

Nazirin sözlərinə görə, taxıl anbarlarının yaxınlığında pilotsuz uçuş aparatları (PUA) və idarəolunan dəniz texnikasının bazaları yerləşdirilib ki, onların köməyi ilə Krımdakı infrastruktur obyektlərinə zərbələr endirir.

“Ukraynanın Qərb tərəfdaşlarına məlum olan bu faktlar BMT-də taxıl müqaviləsinin uzadılması və ya ləğv edilməsi məsələsinə baxılarkən nəzərə alınmayıb", - Şoyqu əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR