Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 12 may 2025 16:43 (UTC +04:00)

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə hərbi xidmət müqaviləsi 2030-cu ilə qədər uzadılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Şoyqu 2012-ci ildən 2024-cü ilə qədər Rusiyanın müdafiə naziri vəzifəsini tutub. 2024-cü ilin mayın 12-dən RF Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR