Bank Of Baku

Şoyqunun maddi-texniki təchizat üzrə müavini dəyişib

Aleksey Kuzmenkov

© APA | Aleksey Kuzmenkov

# 30 aprel 2023 16:06 (UTC +04:00)

Rusiya müdafiə nazirinə yeni müavin təyin olunub.

APA-nın Moskva müxbiri Rusiya MN-ə istinadən xəbər verir ki, general-polkovnik Aleksey Kuzmenkov müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, aprelin 27-də Rusiya MN-də kadr dəyişikliyinin baş verib, general-polkovnik Mixail Mizintsevin müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifəsini itirib.

Kuzmenkov 1992-2019-cu illərdə Silahlı Qüvvələrin maddi-texniki təminatında xidmət edib. 2014-2018-ci illərdə MTT qərargahına rəhbərlik edib, 2018-2019-cu illərdə Cənub Hərbi Dairəsi komandirinin maddi texniki təchizat üzrə müavini olub. Sonra Rusiya Qvardiyasına keçib və burada direktor Viktor Zolotovun müavini oldu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR