"Sputnik Moldova" agentliyinin rəhbəri Vitali Denisov ölkədən deportasiya olunub.
APA xəbər verir ki, bu barədə "Sputnik Moldova"nın "Telegram" kanalında məlumat yayılıb.
Qeyd olunub ki, Miqrasiya Xidmətinin əməkdaşları Denisovun yanına gələrək əşyalarını yığmağa və ev heyvanlarını özü ilə aparmağa imkan vermədən onu maşına mindirib və ilk reysdə deportasiya olunması qərarı ilə hava limanına aparıblar.
Onun ölkəyə girişinə 10 il qadağa qoyulub və Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu barədə məlumatlandırılıb.
Denisov RİA “Noivosti” agentliyinə açıqlamasında deyib ki, Moldova hakimiyyətindən ona milli təhlükəsizliyə təhdid yaratdığı, buna görə ölkəni tərk etməli olduğu bildirilib.