Bank Of Baku

Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib

Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib
# 02 noyabr 2019 02:35 (UTC +04:00)

Rusiyanın “Yamal” Hava Yollarına məxsus, Tümen - Sankt-Peterburq reysi üzrə uçan “Sukhoi Superjet 100” sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra məcburi eniş edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, buna səbəb təyyarənin sol mühərrikində yaranmış nasazlıq olub. 

Yerli Aviasiya xidmətinin və Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərdə bildirilib ki, içərisində 80 sərnişinin və 6 ekipaj üzvünün olduğu təyyarə normal eniş edib, xəsarət alanlar olmayıb. 

Qeyd edək ki, “RA-89081” nömrəli sözügedən təyyarə 2017-ci ilin aprel ayında istehsal edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR