Bank Of Baku

Stavropolda partlayış törədilib, iki nəfər həlak olub

Stavropolda partlayış törədilib, iki nəfər həlak olub
# 29 may 2025 10:24 (UTC +04:00)

Rusiyanın Stavropol şəhərində partlayış törədilib.

APA xəbər verir ki, partlayış nəticəsində iki nəfər həlak olub. Ölənlərdən birinin Stavropol şəhəri administrasiyası rəhbərinin birinci müavini, Ukraynaya qarşı müharibənin iştirakçısı Zaur Qurtsiyev olduğu açıqlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

Partlayış Stavropolun Çexov küçəsində yerləşən yaşayış binasının yaxınlığında baş verib. Partlayış nəticəsində bir neçə avtomobilə ziyan dəyib.

Məlumata görə, həlak olanlardan biri partlayış baş verən yerin yaxınlığındakı evdə yaşayırmış.

Hadisənin Ukrayna müharibəsinin iştirakçısı Zaur Qurtsiyevə qarşı törədilmiş terror aktı ola biləcəyi ehtimalı da araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR