Stoltenberq: Kosovoda şəxsi heyətin sayı artırılır

Stoltenberq: Kosovoda şəxsi heyətin sayı artırılır
# 30 sentyabr 2023 04:46 (UTC +04:00)

NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) şəxsi heyətinin sayı artırılacaq.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Baş katib NATO-nun Kosovodakı vəziyyəti müzakirə etdiyini, KFOR-un şəxsi heyətinin sayının artırılması ilə bağlı qərarın qəbul olunduğunu bildirib. Yens Stoltenberq Kosovo vətəndaşlarının təhlükəsizliyinin və hərəkət azadlığının təmin olunması üçün bütün lazımi addımların atılacağını, bunun qərəzsiz və BMT-nin verdiyi səlahiyyətlər çərçivəsində həyata keçiriləcəyini qeyd edib.

Xatırladaq ki, aprelin 23-də Kosovonun şimalındakı bələdiyyələrdə keçirilmiş seçkilərdə alban mənşəli şəxslərin mer seçilməsi bu bölgədə yaşayan kosovolu serblərin etirazına səbəb olmuşdu. Mayın 26-da bölgədə nümayişlər keçirilmiş, etirazçılar ilə Kosovo polisi və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri arasında qarşıdurmalar baş vermişdi. Nəticədə KFOR bölgədəki şəxsi heyətinin sayını artırmışdı.

Sentyabrın 24-də isə Kosovonun şimalında silahlı toqquşma nəticəsində kosovolu bir polis əməkdaşı həlak olmuş, biri yaralanmış, 3 Kosovo serbi isə öldürülmüşdü. Bu, Belqrad və Priştina arasında gərginliyi yenidən artırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR