Bank Of Baku

Stoltenberq: NATO-nun nüvə sınaqlarını bərpa etmək planı yoxdur

Stoltenberq: NATO-nun nüvə sınaqlarını bərpa etmək planı yoxdur
# 12 oktyabr 2023 04:28 (UTC +04:00)

Rusiyanın nüvə sınaqlarına qadağa haqqında sazişin ratifikasiyasını geri götürmək planları ilə bağlı məlumatlar fonunda NATO nüvə sınaqlarını bərpa etmək niyyətində deyil.

APA xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.

“Bizim nüvə sınaqları keçirmək planımız yoxdur", - deyə o vurğulayıb.

Qeyd edək ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 24-də BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. O, nüvə yüklərinin sınaq partlayışlarını, eləcə də dinc məqsədlər üçün nüvə partlayışlarını qadağan edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR