"Rusiyanın Ukraynaya qarşı müharibəsi tarixdə dönüş nöqtəsidir".
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "Foreign Affairs" jurnalında "Daha təhlükəli dünya üçün daha güclü NATO" adlı məqaləsində bildirib.
"Müharibə Avropaya qayıdıb və böyük dövlətlərin rəqabəti artır. Avtoritar rejimlər sülh və sabitliyin əsasını təşkil edən qlobal qaydalara və institutlara meydan oxumaq üçün bir araya gəlir. Rusiya Prezidenti Vladimir Putin azadlıqları sıxışdırır və öz ölkəsi daxilində parçalanmaları dərinləşdirir, bunu "Vaqner" hərbi şirkətinin üsyanı açıq şəkildə nümayiş etdirdi. Ancaq heç kim Rusiyanı və ya bu gün dünyanın üzləşdiyi təhlükələri aşağı qiymətləndirməməli, gözardı etməməlidir".