Sudandan təxliyə edilən 200 nəfər Moskvaya gətirilib.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri ilə gələn 200 nəfərin içində həm Rusiya, həmçinin MDB ölkələrinin vətəndaşları var.