Tacikistanda 5 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri Murqab qəsəbəsindən 58 km cənub-qərbdə və 60 km dərinlikdə yerləşib.
Qeyd olunub ki, dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.