Bank Of Baku

Tacikistanda avtomobil qəzasında 10 nəfər ölüb - YENİLƏNİB

Tacikistanda avtomobil qəzasında 10 nəfər ölüb - YENİLƏNİB
# 07 avqust 2023 07:25 (UTC +04:00)

Tacikistanda yük avtomobilinin iştirakı ilə baş verən avtomobil qəzasında 10 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Tacikistan DİN məlumat yayıb.

***

01.12

Tacikistanın Kulyab şəhərində tormozu sıradan çıxan yük maşını bir neçə minik avtomobilinə və iki yaşayış binasına çırpılıb.

APA-nın Tacikistan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Faktla bağlı cinayət işi başlanıb.

DİN-də yaralanan və ölənlərin sayı dəqiqləşdirilməyib. Sosial şəbəkələrdə qəza yerindən yük maşını və dağılmış binanın görüntüləri yayılıb.

Tacikistan prezidenti Emoməli Rəhmonun tapşırığı ilə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri, səhiyyə naziri və Fövqəladə Hallar Komitəsinin sədri qəza yerinə gedib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR