Bank Of Baku

Taciksatanda mikrovatobus qəzaya uğrayıb, 6 nəfər ölüb

Taciksatanda mikrovatobus qəzaya uğrayıb, 6 nəfər ölüb
# 02 may 2023 02:20 (UTC +04:00)

Tacikistanın Ayni rayonunda ağır yol qəzası olub.

APA xəbər verir ki, bu barədə Tacikistanın Fövqəladə Hallar Komitəsi məlumat yayıb.

"Hyundai Starex" markalı mikroavtobusun dərəyə düşməsi nəticəsində 6 nəfər ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

"Starex" markalı minik avtomobilinin sürücüsü Ayni rayon mərkəzindən Pencikent şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək 200 metr dərinlikdəki dərəyə uçub.

"Xilasedicilər alpinist ləvazimatlarından istifadə edərək dərəyə eniblər. Xüsusi alətlər vasitəsilə qəzaya uğramış avtomobildən sürücü və 5 sərnişinin cəsədlərini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil veriblər”, - deyə qeyd olunub.

Komitədən verilən məlumata görə, iki uşaq və bir qadın müxtəlif bədən xəsarətləri ilə Ayni Rayon Mərkəzindəki Xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR