Paşha Bank
Bank Of Baku

Tambovda “Drujba” neft kəmərinin obyektinə dron hücumu olub, yanğın baş verib

Tambovda “Drujba” neft kəmərinin obyektinə dron hücumu olub, yanğın baş verib
# 20 oktyabr 2026 11:04 (UTC +04:00)

Rusiyanın Tambov vilayətinin Miçurinsk rayonunda müəssisələrdən birində PUA hücumu nəticəsində güclü yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov məlumat yayıb.

Onun sözlərinə görə, oktyabrın 20-də gecə və səhər saatlarında dron hücumu nəticəsində Miçurinsk rayonundakı müəssisələrdən birinin ərazisində yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün lazımi qüvvə və vasitələr cəlb olunub.

Yerli monitorinq kanallarının məlumatına görə, yanğın “Drujba” neft məhsulları kəmərinin tərkibindəki “Nikolskoe” xətti istehsal-dispetçer stansiyasında baş verib.

“Nikolskoe” stansiyası Tambov vilayətinin Novonikolskoye kəndi yaxınlığında yerləşir və “Drujba” magistral kəmərinə qoşulub. Stansiyada dizel yanacağı, benzin, mazut və aviasiya kerosini daxil olmaqla müxtəlif neft məhsullarının qəbulu, saxlanması və paylanması həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR