Bank Of Baku

Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub

Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov

© APA | Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov

# 21 dekabr 2024 20:03 (UTC +04:00)

Kazana hücum edən səkkiz pilotsuz uçuş aparatından üçü müdafiə sənayesi obyektlərinə, qalanları isə yaşayış binalarına yönəlib. APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov bildirib.

Onun sözlərinə görə, bəzi PUA-lardakı partlayıcılar işə düşməyib.

Respublika rəhbəri PUA-ların törətdiyi dağıntıların aradan qaldırılması istiqamətində işlərin aparıldığını vurğulayıb.

Qeyd edək ki, bu gün Kazan şəhəri Ukrayna PUA-larının hücumuna məruz qalıb. PUA-lardan ikisi Tatarıstan paytaxtındakı hündürmərtəbəli yaşayış binasına çırpılıb və nəticədə yanğın baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR