Tatarıstanın başçısı Rüstəm Minnixanov Moldovaya buraxılmayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə o, özü bildirib.
Minnixanov Qaqauziyanın Komrat şəhərində keçiriləcək xalq diplomatiyası konqresinə dəvət olunduğunu bildirib.
Tatarıstan prezidenti Moldovanın onu "arzuolunmaz şəxs" elan etdiyini söyləyib.