Tatarıstanın Prezidenti postunun adının dəyişdirilərək rəis adlandırılması təklif olunub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu parlamentin iclasında dövlət quruculuğu və yerli özünüidarəetmə komitəsinin sədri Albert Xabibullin təklif edib.
“Tatarıstanın ən yüksək vəzifəli şəxsinin vəzifəsinin adı “Rəhbər - Tatarıstan Respublikasının rəisi” olacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Tatarıstan Respublikasının birinci şəxsinin vəzifəsi hələ də Prezident adlanır. Rusiya Federasiyasının digər muxtar respublikalarının birinci şəxsinin vəzifəsi isə artıq uzun müddətdir ki, başçı adlanır.