Tbilisinin Vazisubani rayonundakı yaşayış binasında partlayış zamanı bir neçə nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, partlayış qaz sızması nəticəsində baş verib. Bir neçə nəfər xəsarət alıb. Zərərçəkənlərin dəqiq sayı məlum deyil.
Partlayışın gücündən binanın divarı dağılıb, ətrafdakı avtomobillərin şüşələri sınıb. Yanğınsöndürənlər partlayışdan sonra baş verən yanğını nəzarət altına alıblar. əhali otellərə təxliyə olunub.
Hadisə zamanı bir nəfər yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.