Martın ilk iki həftəsi ərzində “Telegram” ruslar arasında populyarlığına görə ilk dəfə “WhatsApp”ı geridə qoyub.
APA “RİA Novosti”yə istinadən xəbərə verir ki, bu barədə şirkətlərdən biri araşdırma aparıb.
Onun ümumi trafikdə payı 15% artaraq, əvvəlki ayın eyni dövrü ilə müqayisədə 63%-ə çatıb.
“2022-ci ilin mart ayında Rusiyada ilk dəfə olaraq “Telegram” xidməti “WhatsApp”ı keçərək ölkədə ən populyar messencer oldu. Martın ilk iki həftəsində “Telegram”ın messencerlərdə ümumi trafikdə payı 48%-dən 63%-ə yüksəlib”,- deyə məlumatda bildirilib.
Xidmətin populyarlığı digər ani messencerlərə və sosial şəbəkələrə girişə qoyulan məhdudiyyətlər fonunda artıb.