Bank Of Baku

Telman İsmayılova görə Monteneqro dövlət katibinin Rusiyaya girişinə qadağa qoyulub - VİDEO

Telman İsmayılov

© APA | Telman İsmayılov

# 02 fevral 2022 13:35 (UTC +04:00)

İş adamı Telman İsmayılova sığınacaq verdiyinə görə Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiyaya girişinə qadağa qoyulub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 2-də Rusiya Xarici İşlər Nazirliyinin Zoran Milyaniçin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı notası Monteneqronun Rusiyadakı səfirliyinə göndərilib.

Qeyd olunub ki, bu tədbir Monteneqro hakimiyyətinin 2021-ci ilin oktyabrında atdığı qeyri-dost addıma – Rusiya vətəndaşı olan Telman İsmayılova siyasi sığınacaq verməsinə Xarici İşlər Nazirliyinin cavabıdır.

Xatırladaq ki, Telman İsmayılov ötən il oktyabrın 1-də Monteneqroda saxlanılmışdı. O, iki sahibkarın qətlini sifariş verməkdə ittiham olunurdu. T. İsmayılov oktyabrın 22-də müvəqqəti saxlanma təcridxanasından azad olunub və Monteneqrodan siyasi sığınacaq alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR