Bank Of Baku

Təxliyə edilən daha 103 rusiyalı Qəzzadan Moskvaya gətirilib

Təxliyə edilən daha 103 rusiyalı Qəzzadan Moskvaya gətirilib
# 24 noyabr 2023 04:53 (UTC +04:00)

Qəzza zolağından təxliyə edilmiş rusiyalıların daha bir qrupu Rusiya Federasiyasına çatdırılıb.

APA TASS-a istinadla xəbər verir ki, Qahirədən xüsusi uçuş həyata keçirən Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Domodedovo hava limanına enib. Təyyarədə 47-si uşaq olmaqla ümumilikdə 103 nəfər olub. Onların hamısı Rəfah keçid məntəqəsi vasitəsilə təxliyə edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktoru Roman Oxotenko deyib: “Son 24 saat ərzində 101 soydaşımız, o cümlədən ailə üzvləri Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağını keçib. Ümumilikdə, münaqişə zonasından 750-dən çox insan təxliyə edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR