Bank Of Baku

Tibor Qaspar: Slovakiya Ukraynaya nə silah tədarükünü, nə də qoşun göndərilməsini dəstəkləyəcək

Tibor Qaspar: Slovakiya Ukraynaya nə silah tədarükünü, nə də qoşun göndərilməsini dəstəkləyəcək
# 03 may 2025 16:18 (UTC +04:00)

Slovakiya Ukraynaya nə silah tədarükünü, nə də hərbi kontingentin göndərilməsini dəstəkləyəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaspar məlumat verib.

“Slovakiyanın aydın mövqeyi var, o da ondan ibarətdir ki, biz Ukraynaya növbəti silah tədarükünü dəstəkləmək istəmirik. Hümanitar məsələlərdə isə hər iki tərəfə kömək etməyə, mülki məqsədlərə xidmət edə biləcək avadanlıqlar verməyə hazırıq. Bu “istəklilərin koalisiyasında” iştirak etmək və öz hərbi qulluqçularımızı, fikrimcə, münaqişənin gərginləşməsinə xidmət edən cəhdlərə cəlb etmək istəmirik”, - deyə parlamentin vitse-spikeri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR