Bank Of Baku

“TikTok” “Sputnik”-in hesablarını silib

“TikTok” “Sputnik”-in hesablarını silib
# 21 sentyabr 2024 21:01 (UTC +04:00)

Çinin "TikTok" sosial şəbəkəsi Rusiyanın “Sputnik” dövlət agentliyinin hesablarını silib.

APA-nın RT telekanalına istinadən verdiyi xəbərə görə, uzaq xarici ölkələr üçün nəzərdə tutulan 11 səhifə - “Sputnik Serbiya”, “Sputnik Afrikque”, “Sputnik Afrika”, “Sputnik Braziliya”, “Sputnik Mundo” və “Sputnik İndoneziya” və digərləri silinib.

Bundan əlavə, “Sputnik Ermənistan”, “Sputnik Belarus” kimi yaxın xarici ölkələr üçün nəzərdə tutulan 25 səhifə də deaktiv edilib.

“TikTok” rəhbərliyi qərarın səbəblərini açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR