Belarus məhkəməsi bloger Sergey Tixanovskinin 18 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
APA-nın BelTa-ya istinadən verdiyi xəbərə görə, Qomel vilayət məhkəməsi istintaq təcridxanasında keçirilən iclasda bu hökmü verib.
S. Tixanovski və onun ətrafı Belarusda kütləvi iğtişaşlar hazırlayıb təşkil etməkdə ittiham olunub.
O, "YouTube" və "Telegram" kanalları vasitəsilə açıq şəkildə dövlət məmurlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılığa çağırış etməkdə təqsirli bilinib.
Bloger cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Sergey Tixanovski Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın həyat yoldaşıdır.