Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Macarıstanın Baş naziri Viktor Orban görüşüb.
APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, tərəflər Qazaxıstan və Macarıstan arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Orban qeyd edib ki, qazax və macar xalqlarının minillik tarixə malik ortaq kökləri var.
Görüş zamanı müzakirə olunan məsələlər sırasında siyasi dialoqun gücləndirilməsi, ticari-iqtisadi əməkdaşlığın və mədəni-humanitar əlaqələrin genişləndirilməsi yer alıb.
Qazaxıstan lideri öz növbəsində qeyd edib ki, Viktor Orbanın Astanaya rəsmi səfəri dövlətlər arasında əməkdaşlığa yeni təkan verəcək.