Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ dövlət katibi Entoni Blinkeni qəbul edib.
APA “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında münasibətlərin səviyyəsini müzakirə edib.
“Fürsətdən istifadə edərək mən Birləşmiş ştatların bizim müstəqilliyimizi, ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəkləməsinə görə minnətdarlığımı bildirirəm”, - Tokayev deyib.
O, ABŞ-ın 62 milyard dollar investisiya ilə ölkə iqtisadiyyatında ən böyük sərmayəçilərdən biri olduğunu deyib.
Tokayev ABŞ-ın C5+1 formatının genişlənməsində rolunu, Mərkəzi Asiya respublikaları və ABŞ xarici işlər qurumlarının Astanada görüşünün keçirilməsinin vacibliyini vurğulayıb.