Bank Of Baku

Tokayev müşavirə keçirib, təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək tapşırılıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

© APA | Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

# 28 dekabr 2024 12:07 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı müşavirə keçirib.

APA xəbər verir ki, müşavirədə hökumət komissiyası və Baş Prokurorluğa digər səlahiyyətli orqanlarla birlikdə təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək tapşırılıb.

Tokayev həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

O, həmçinin dekabrın 25-də baş verən hadisənin qurbanları arasında Qazaxıstan vətəndaşlarının olduğunu xatırladıb.

Qazaxıstan Prezidenti hadisə baş verdikdən sonra əraziyə gələn fövqəladə hallar və təcili yardım xidmətlərinin operativ fəaliyyət göstərdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR